Seul: Əminik ki, Putin KXDR problemini həll edə biləcək

2017/12/ax-2017-05-05-putin_ukaz456456_1514452097.jpg
Oxunub: 435     17:10     28 Dekabr 2017    
“Vladimir Putin Koreya yarımadasında mövcud olan problemin həll edilməsində aparıcı rol oynaya biləcək yeganə dünya lideridir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezident administrasiyasının aparıcı siyasətçisi və Şimal İqtisadi Əməkdaşlığı üzrə Komitənin rəhbəri Son Yon Gil bəyan edib.

“İnanıram ki, Rusiya prezidenti Vladimir Putin Cənubi və Şimali Koreya rəhbərlərini, o cümlədən ABŞ-ı nəhayət ki, Pxenyanın nüvə problemini həll etməyə inandıra biləcək yeganə insandır”, - deyə cənubi koreyalı siyasətçi bildirib.

O xatırladıb ki, Rusiya lideri iki Koreya dövlətinin tarixini yaxşı bilir, 2000-ci ildə Pxenyana səfər edib və iki dəfə KXDR-in keçmiş lideri Kim Çen İrlə görüşüb.

“Artıq bir ildir ki, Donald Tramp ABŞ prezidenti vəzifəsini icra edir, lakin onun təcrübəsi azdır və Şimali Koreya reallıqları haqqında anlayışa malik deyil. Yaponiya və Çin liderləri Sindzo Abe və Si Tsinpin deyəsən, Pxenyandan uzaq qaçmağa çalışırlar. Bu səbəbdən təxmin edirəm ki, Vladimir Putin Şimali Koreyanın nüvə problemini həll edə biləcək yeganə liderdir. Hesab edirəm ki, Cənubi Koreya və Amerika liderləri onun təkliflərini dinləməlidirlər”, - deyə Son Yon Gil vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya-böhranı   Putin  


Bizi "telegram"da izləyin