Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kanada Milli Müdafiə Departamentinin yeni nəşr edilən səndlərində qeyd edilir.
Sənədlərdə göstərilir ki, Kanada ordusunun kiberhücumlardan müdafiə sistemlərinin təkmilləşdirilməsinə ehtiyac var.
Kanada Silahlı Qüvvələri son zamanlarda texnoloji yeniliklərə böyük yatırımlar edir.
Hal-hazırda kibertəhlükəsizliklə bağlı eyni zamanda iki təşəbbüs həyata keçirilir: Kibertəhlükəsizlik üzrə xəbərdarlıq layihəsi və Təkmilləşdirilmiş Müdafiə yönümlü Kiber Əməliyyatlar Birliyi. Bu təşəbbüslər ayrılıqda aparılsa da, bir-birilə əlaqəlidirlər.
Layihələrin ümumi dəyəri sənədlərdə göstərilməsi də, Müdafiə Departamentinin ötən il ortaya qoyduğu təxmini hesablamalara görə ümumi dəyər 50-99 milyon dollar arasında ola bilər. Layihələrin hələki ilkin mərhələdə olduğu bildirilir.
Ağalar Ağalarlı
Ordu.az