Ordu.az xəbər verir ki, Papuaşvili bu barədə açıqlama verib.
O bildirib ki, 2022-ci ildə Ukrayna nümayəndə heyətinə parlamentdə hakim fraksiyanın rəhbəri David Araxamiya başçılıq edirdi və həmin vaxt Ukrayna tərəfi Rusiyanın irəli sürdüyü şərtləri qəbul edilə bilən hesab edirdi.
Papuaşvilinin sözlərinə görə, Ukrayna nümayəndələri Kiyevə qayıtdıqdan sonra şəhərə gələn Boris Conson əldə olunması planlaşdırılan razılaşmanın qarşısını alıb.
Gürcü siyasətçi qeyd edib ki, həmin hadisələrdən sonra Conson siyasi fəaliyyətini davam etdirir və müxtəlif beynəlxalq tədbirlərdə iştirak edir.
Sevinc Əliyeva
Ordu.az