Ordu.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.
“Rusiya aqressiyasına qarşı müdafiə olduğumuz zaman biz Rusiya ilə dövlət maraqlarımızın kəsişdiyi məsələlərdə əməkdaşlığı zəruri hesab edirik”, - deyə Tillerson bildirib.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin BMT-nin Suriyaya dair gələcəkdə keçirəcəyi Cenevrə siyasi prosesinə önəm verdiyi vurğulayıb.
“Əminəm ki, Cenevrə prosesi Suriyada uğura, onun hazırki prezidenti Bəşər Əsəd və onun ailəsindən qurtulmağa nail olmağa yardımçı olacaq”, - deyə ABŞ dövlət katibi qeyd edib.
Ağalar Qəribov
Ordu.az