Əhali qorxu içində: İŞİD terrorçuları Kərkükə geri döndülər

2017/12/1413436132_igil-goroda-irak423432_1514391871.jpg
Oxunub: 466     00:20     28 Dekabr 2017    
İŞİD terror qruplaşmasının üzvləri İraqın Kərkük vilayətində yerləşən Həvicə yaşayış məntəqəsinə qayıdıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kərkük vilayətinin rəhbərliyi məlumat yayıb.

Məlumatda Həvicə yaşayış məntəqəsində terrorçuların nəzərə çarpdığı bildirilir.

İlkin məlumatlara görə, Həvicədə terror qruplaşmaları aktivləşə bilərlər. Lakin önəmli məsələ onların haradan və necə gəlməsi ilə bağlıdır.

Yerli sakinlər iddia edirlər ki, terrorçular Naynava vilayətinin səhra ərazilərindən qayıdıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Kərkük   Terror  


Bizi "telegram"da izləyin