Ordu.az “A Haber” telekanalına istinadən xəbər verir ki, Türkiyə prezidenti bu barədə bu gün Tunis səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bəyan edib.
“Suriyada Əsədlə əməkdaşlıq etmək mümkün deyil. Niyə? Çünki milyona yaxın öz vətəndaşını öldürən şəxslə əməkdaşlıq etmək mümkün deyil”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, noyabrın sonunda Türkiyə prezidenti Ankaranın Dəməşqlə əlaqə yaratmadığını, lakin bununla belə siyasi danışıqlar üçün açıq olduqlarını bildirib.
“Siyasət qapıları son anadək açıq qalacaq”, - deyə Ərdoğan Suriya prezidenti ilə mümkün danışıqlar barədə bəhs edərkən vurğulayıb.
Ağalar Qəribov
Ordu.az