Donbasda son 24 saat: 1 ölü, 5 yaralı

2017/12/1513000184-89524564_1514375176.jpg
Oxunub: 490     19:44     27 Dekabr 2017    
Son 24 saatda separatçı qüvvələr Donbasda Ukrayna ordusunun mövqelərinə 6 hücum həyata keçirib. Hücumlar nəticəsində 1 əsgər həlak olub, 5 əsgər isə yaralanıb.

Ordu.az unian.info saytına istinadən xəbər verir ki, bu barədə Terrorizmlə Mübarizə Əməliyyatı (TMƏ) qərargahından məlumat yayılıb.

Məlumatda bildirilir ki, separatçılar eyni zamanda Luqansk regionunda da atəşkəs rejimini pozublar.

“Separatçılar 82 mm-lik minomyotlardan və ağır artilleriyadan istifadə edərək Luqansk kəndi yaxınlığında Ukrayna ordusunun mövqelərinə atəş açıblar. Atışma iki saat davam edib. Düşmənin bir PUA-sı da Luqansk səmasında müşahidə edilib. Ehtimal edilir ki, həmin PUA separatçıları istiqamətləndirmək üçün istifadə edilib”, - deyə məlumatda qeyd olunub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Donbas   Ukrayna   Döyüş  


Bizi "telegram"da izləyin