Ordu.az “iraqinews” agentliyinə istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin üzvü Aliya Nasif bildirib.
Milli İraq Alyansının üzvü olan Nasifin sözlərinə görə, keçmiş nazir Ənvər Həmma Amin ictimai maliyyə vəsaitlərini mənimsəyib.
Belə ki, Aminin dövründə silahlanma ilə bağlı Çexiya Respublikası ilə imzalanan müqavilə çərçivəsində qanunsuz əlavə vəsaitlərin xərclənməsi aşkarlanıb.
Amindən başqa əlavə 48 nəfər Müdafiə Nazirliyinin əməkdaşı haqqında da həbs qərarı çıxarılıb
Ağalar Ağalarlı
Ordu.az