S-400-lərə dair Rusiya və Türkiyə arasındakı müqavilənin qiyməti bəlli olub

2017/12/103073839753453_1514359987.jpg
Oxunub: 702     15:31     27 Dekabr 2017    
“Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasında dair müqavilənin ümumi qiyməti 2,5 milyard dollar (3,57 milyon manat – red.) təşkil edir”.

Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” qəzetinə müsahibəsində “Rostex” dövlət şirkətinin nümayəndəsi Sergey Çemezov bəyan edib.

O təsdiq edib ki, söhbət 4 diviziyanın alınmasından gedir, bununla belə vəsaitin böyük hissəsi (55 faiz) Rusiya kreditləri vasitəsilə ödəniləcək, digər 45 faizini isə Ankara ödəyəcək.

“Rusiya və Türkiyə müdafiə nazirlikləri artıq danışıqları razılaşdırıblar, yalnız son sənədlərin təsdiqi qalıb”, - deyə Çemezov bildirib.

“Rostex” rəhbəri qeyd edib ki, ilk S-400-lər 2020-ci ilin martında Türkiyə tərəfinə təhvil veriləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: S-400   Rostex  


Bizi "telegram"da izləyin