Onun sözlərinə görə, əgər müdafiə naziri silahlı qüvvələrdə müdafiə sahəsində ev sahibi və vəziyyətə idarə edə bilmirsə, bunun nəticəsi qeyd olunan ölkə üçün pis ola bilər. Eyni zamanda, Vigen Sarkisyan bildirib ki, bilikli və məlumatlı olmadan baş qərargah rəisi üzərində, müdafiə nazirinin səmərəli idarəetməsi ola bilməz.
Müdafiə naziri və baş qərargah rəisi qarşıdurması və ya yarışı Ermənistan silahlı qüvvələrində üzün müddətli müşahidələrin nəticəsi olmaqla yanaşı, keçmiş müdafiə naziri və baş qərargah rəisinin idarəçiliyi dövründən başlayır.
"Bu cür qarşıdurmanın nəzəri cəhətdən bir neçə mənbəyi ola bilər. Bunlardan ən əsası və təhlükəlisi, müdafiə naziri, həmçinin qərargah rəisinin hərbçilərdən ibarət olmasıdır. Bu halda bizim müdafiə naziri və baş qərargah rəisimizin olması əvəzinə, bizim iki qərargah rəisimiz olur. Bu halda təbii ki, problemlərin həlli baxımından kimin qoşunlara daha çox təsiri var, deyə yarışma başlayır. Həm keçmiş baş qərargah rəisi Yuri Xaçaturov, həm də keçmiş müdafiə naziri Seyran Ohanyan hərbçilər olub", -deyə Vigen Sarkisyan baş verən prosesləri özünə sərf edən şəkildə təsvir edib.
Yuri Xaçaturov - Seyran Ohanyan qarşıdurması haqqında erməni mətbuatı çox yazsa da, reallıqda onlar bunu biruzə vermirdilər. Aprel müharibəsi zamanı baş verənlər vəziyyəti pik həddinə çatdırdı. Bu məqamda problem şəxslərin məsuliyyətsizliyində deyil, problem müharibə edən ölkənin ordusunun müharibəyə hazır olmamasındadır. Aprel müharibəsinin ilk ağır günləri və itkilərin səbəbi Ermənistan ordunun bir qurum olaraq hazırlıqsız olmasında idi.
Bəs Ohanyan-Xaçaturov qarşıdurmasına səbəb doğrudanmı hər ikisinin hərbçi olmasında idi, yoxsa başqa səbəblər vardı? Bu məsələ onların istefaya getməsindən sonra özünü aşkar şəkildə biruzə verdi. Ohanyan KTMT baş katibi olmaq istəmədi, lakin Xaçaturov bununla razılaşdı.
Diqqəti çəkən başqa bir məqam da var. Aprel müharibəsində atəşkəs hər iki ölkənin baş qərargah rəislərinin görüşü nəticəsində əldə edildi.
Bu gizli danışıqlar haqqında aprel muharibəsindən aylar sonra Serj Sarkisyanın Rusiya kanalına verdiyi müsahibədə bəzi məqamlar məlum oldu.
"Moskvada Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri görüşərək, 1994-cü ildə əldə edilən atəşkəs rejiminə əməl etməyə razılıq əldə etdilər. Onların nə danışdıqları barədə ətraflı məlumatım yoxdur", - deyə Sarkisyan əlavə edib.
Bu həqiqətən gülməli bir hadır ki, prezident qərargah rəisinin Moskvada nə haqqında danışıqlar apardığını bilmir.
Eyni zamanda Serj Sarkisyan, Azərbacan prezidenti ilə Rusiya prezidenti arasında danışıqların olub-olmadığını bilmədiyini, ancaq özünün Rusiya prezidenti ilə atəşkəsə dair danışdığını dəqiq bildiyini deməklə yenidən maraqlı açıqlama verib.
Başqa cür desək Serj Sarkisyan reallıqda baş qərargah rəsilərinin görüşünə etimadsızlıq nümayiş etdirməklə, yalnız Putinlə hansı razılığa gəldiyini qeyd edirdi.
Sarkisyan-Putin formatında hansı danışıqlar və razılaşmalar olub? Bu, artıq başqa məsələ, başqa bir tarixdir. Serj Sarkisyanın müsahibəsindən məlum olur ki, Ermənistan silahlı qüvvələrin idarəetməsi hansı səviyyədə olub.
Bu vəziyyət doğrudanmı müdafiə naziri və baş qərargah rəisinin istefası ilə nəticələnib?
Vigen Sarkisyanın müsbət cavab verdiyi əsas sual bundan ibarətdir. Bu baxımdan bir neçə həftə əvvəl baş qərargah rəisinin müavini Haykaz Bağmanyanın istefası nəzərəçarpandır. Daha sonra isə Movses Akopyan verdiyi müsahibədə faktiki olaraq ordunun idarə edilməsində nazirin üstünlüyünü etiraf etdi.
Buradan belə bir sual yaranır. Serj Sarkisyan Ohanyan-Xaçaturov probleminin həll edilməsinə niyə aprel muharibəsinədək müdaxilə etmirdi?
Bunun ağır nəticələrə səbəb olacağına inanmırdı, yoxsa həll etməyə kifayət qədər gücü yox idi?
Alpər Mövludoğlu
Ordu.az