Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dekabrın 22-də Tavuş (Tavus-red.) vilayət məhkəməsində Mihran Voskanyanın mühakiməsi davam edib.
O, erməni ordusunun Tavuş vilayətindəki hərbi hissələrindən birində komandir müavini olmaqla 2016-cı il dekabrın 16-da saat 17:00 radələrində xidməti vəzifə borcları ilə bağlı əsgər Mikayel Minasyana qarşı zorakılıq edib.
Erməni zabit əsgərin qurşaq nahiyyəsinə zərbələr endirməklə ona fiziki ağrı verib, daha sonra yumruqla zərbə endirməklə dalağın subkapsular hematomunun qırılması, daxili qanaxma ilə nəticələnən, həyatına təhlükə yaradan xəsarətlər yetirib.
2016-cı il dekabrın 17-də erməni əsgəri Minasyan təcili əməliyyat olunub, onun dalağı cərrahiyyə yolu ilə çıxarılıb.
Voskanyana qarşı bilərəkdən sağlamlığa ağır ziyan vurma, tabeliyindəkinə qarşı zorakılıq etmə və ya zorakılıqla təhdidetmə maddələri ilə cinayət işi qaldırılıb.
Alpər Mövludoğlu
Ordu.az