Suriya ordusu Qərbi Quta üzərində nəzarəti bərpa edib

2017/12/5385e96bb1a7eb5f607cbc62174bb20771f89810456_1514277407.jpg
Oxunub: 437     16:35     26 Dekabr 2017    
Suriya hökumət qüvvələri Dəməşq şəhərinin cənub-qərbində yerləşən Qərbi Quta üzərində nəzarəti bərpa edib.

Ordu.az xəbər verir ki, bu barədə Suriya KİV-ləri məlumat yayıb.

Suriya ordusu müttəfiqlərlə birgə PYD və digər kiçik terror birləşmələrindən olan terrorçuların mövqelərini atəşə tutmaqla onların geri çəkilməsinə, beləliklə, Qərbi Qutanın bütövlükdə azad edilməsinə nail olublar.

Müşahidəçi və şahidlərin sözlərinə görə, hazırda İdlib vilayətinin şimal-qərb rayonlarında müxalifət qüvvələrinin evakuasiyası barədə danışıqlar gedir.

Qeyd edək ki, Qərbi Quta Dəməşq yaxınlığında terrorçular və müxalifət qüvvələrinin nəzarətində olan son ərazi idi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-ordusu   Quta   PYD  


Bizi "telegram"da izləyin