"Onun çarpayısı qan içində idi" - Amansız cinayətdən təfərüatlar

2017/12/555-7456456_1514276492.jpg
Oxunub: 517     16:18     26 Dekabr 2017    
Ermənistanda hərbi institutun kursantının ölüm hadisəsindən yeni detallar məlum olub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, İrəvanın Avan və Nor Nork inzibati ərazisinin ümumi yurisdiksiya məhkəməsində hakim Davit Harutyunyanın sədrliyi ilə Vazgen Sarkisyan adına hərbi institutun kursantı Haykaz Barseğyanın ölüm işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Belə ki, haqqında həbs qəti imkan tədbiri seçilməyən 5-ci müttəhim Varazdat Safaryan daxili xidmət nizamnamə qaydalarını pozaraq, Vaçe Sahakyan və Movses Azaryanla birlikdə müxtəlif bəhanələrlə kursantlar Tiqran Manaseryan və Artuş Simonyanı döyməkdə günahkar bilinib.

Kursant Haykaz Barseğyanın ölümündə günahkar bilinən 4 nəfərdən ikisi Vaçe Sahakyanla Movses Azaryan həm də zərərçəkən Harutyun Aleksanyana qarşızorakılıq tətbiq etməkdə, onu döyməkdə günahkar bilinirlər. Müttəhimlər özlərini günahkar hesab etmirlər.

Məhkəmə iclasında Tavuş vilayətindəki hərbi hissələrindən birində xidmət edən Y. Erik adlı şahid dindirilib.

Hərbi instutda oxuyarkən Erik ölüm işində təqsirli bilinən Vaçe Sahakyanın yatdığı həmin çarpayıda yatırmış. Onun sözlərinə görə, hadisə günü o, “yat” komandasındn sonra yatıb və heç bir səs-küy eşitməyib, ayılmayıb.

Səhər tezdən ölən Haykaz Barseğyanla eyni yataq otağında yatan Samvel oraya daxil olub. O, Vaçeni tez çağırıb və Barseğyanın yerində olmadığını, çarpayısının isə qan içində olduğunu qeyd edib. Şahid Erik bildirib ki, onlar Haykaz Barseğyanı axtarmağa başlayıb və idman şəhərciyindəki ən hündür turnikdən asılmış vəziyyətdə tapıblar.

Şahid müttəhimləri xarakterizə edərkən, onların çavuş olduqlarına görə imtiyazlı olduqlarını qeyd edib. Ölüm işində təqsirli bilinən kursantların institutda tutduqlurı mövqe barədə şahid tərəfindən ilkin araşdırma orqanına və məhkəmədə verdiyi ifadələr arasında fərq olması diqqəti çəkib. Onun ilkin araşdırma orqanına verdiyi ifadələr oxunub.

Müttəhimlərin hamısının batareyada hakim mövqeləri olub. Lakin Vaçe Sahakyan daha çox üstünlüyə malik olub. Təqsirli bilinən Movses Azaryanın vəkili Anahit Hovhanisyan bidirib ki, müstəntiq tərəfindən ifadə alınarkən təzyiqlərə yol verilib. Bəzi cümlələr bir çox şahid ifadələrində "copy-past" yolu ilə eyni qaydada istifadə edilib. Şahid Erik bildirib ki, hadisə zamanı ifadə verərkən çox şey bilirdi, lakin müəyyən vaxt keçib, bəzi detalları xatırlamaya bilər.

Onun ifadəsinin alınması işi yekunlaşdırılıb. Bəzi ifadəsi alınmayan şahidlər növbəti iclasda, 15 yanvar 2018-ci ildə dindiriləcək.

Xatırladaq ki, hərbi institutun kursantları Qnel Tevosyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryana qarşı 29 yanvar 2015-ci ildə gecə saat 2-3 radələrində, taborun 408 nömrəli çarpayısında xüsusi amansızlıqla, xuliqanlıq motivləri ilə kursant Haykaz Barseğyanı öldürdüklərinə görə ittiham irəli sürülüb. Öldürdükdən sonra özünəqəsd təsəvvürü yaratmaqla izi itirmək məqsədilə onun meyitini idman şəhərciyindəki idman alətindən asıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-kursant   Cinayət   Ölüm  


Bizi "telegram"da izləyin