“Həyat Təhrir əş-Şam” terrorçularının rəhbəri məhv edilib

2017/12/37b66709d6273704c3bcb77d710e9409234234_1514273769.jpg
Oxunub: 559     15:34     26 Dekabr 2017    
Suriyanın Həma vilayətinin şimalında Rusiya Aerokosmik Qüvvələrinin zərbəsi nəticəsində “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının rəhbəri məhv edilib.

Ordu.az xəbər verir ki, bu barədə “Muraselon” nəşri məlumat yayıb.

Qeyd edilir ki, dekabrın 25-də Suriya hökumət qüvvələri və Rusiya Averokosmik Qüvvələri Həma vilayətinin şimalında terrorçulara qarşı növbəti hücum əməliyyatı həyata keçiriblər.

Hücum nəticəsində “Həyat Təhrir əş-Şam” terror qruplaşmasının rəhbəri Əbu Həmzə əl-Həmvi məhv edildiyi bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Terror   Suriya   Həma  


Bizi "telegram"da izləyin