Ermənistanda Politexnik Universitetində bomba həyacanı - FOTOLAR

2017/12/17_12_25_1514192081_6056771096.jpg
Oxunub: 443     17:03     25 Dekabr 2017    
Ermənistan Politexnik Universitetinin həyətində şübhəli qutu tapılıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 22: 00-da İrəvan şəhərinin Teryan 105/6 ünvanında yerləşən Ermənistan Politexnik Universitetinin həyətində olan şam ağacının (yolka) altında şübhəli bir qutunun olması barədə məlumat daxil olub.

Hadisə yerinə Ermənistan Fövqəladə Hallar nazirliyinə məxsus qruplar göndərilib.

Araşdırma nəticəsində, hüquq-mühafizə orqanları rektorun adı və soyadının yazıldığı şübhəli bir qutu tapıblar. Hazırda universitetin tələbə və müəllim heyəti evakuasiya edilib və binada polisin kinoloq və axtarış qrupları fəaliyyət göstərir.






Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bomba   Ermənistan  


Bizi "telegram"da izləyin