Ermənistanda keçmiş döyüşçü 7 gündür aclıq aksiyası keçirir

2017/12/Armen-Bilyan345345_1514187776.jpg
Oxunub: 457     15:41     25 Dekabr 2017    
"Ermənistanda "Sasna Tsrer" qruplaşmasının üzvü, keçmiş döyüşçü, siyasi məhbus "Armen Bilyan artıq 7 gündür aclıq aksiyası keçirir.

Ordu.az erməni KİV-lərinə istindən xəbər verior ki, bu barədə Armen Bilyanın vəkili, Armine Fanyan müsahibəsində deyib.

Qeyd edək ki, keçmiş döyüşçü onun tibbi müayinədən keçirilməsini və mülki bir xəstəxanada müalicə edilməsini tələb edir, çünki əsəbləri ilə bağlı ciddi sağlamlıq problemləri var.

"Bilyanın ciddi sağlamlıq problemləri olsa da, biz onu heç bir şəkildə aclıq aksiyasını dayandırması üçün razı sala bilmirik. O, müvafiq araşdırma aparılmayıncaya qədər aclıq aksiyasını davam etdirəcək", - deyə vəkil bildirib.

Xatırladaq ki, Armen Bilyan polisin post-patrul xidməti alayının ərazisində baş gizir Qaqik Mkrtçyanı qətlə yetirməkdə ittiham olunur. Armen Billyan ona qarşı ittihamları qəbul etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aclıq-aksiyası  


Bizi "telegram"da izləyin