Ordu.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Moskvadakı səfiri Li Xuey bəyan edib.
"Çin və Rusiya birmənalı olaraq hesab edirlər ki, bu problem hərbi yolla həll oluna bilməz, əksinə, vəziyyətin bu formada tənzimlənməsinə çalışmaq mövcud olan problemləri daha qəlizləşdirə və çox ciddi fəsadlara gətirib çıxara bilər", - deyə səfir bildirib.
Onun sözlərinə görə, hərbi yol heç bir halda müsbət nəticələnə bilməz.
"Yalınz keçmişdə deyil, gələcəkdə də problemlərin hərbi yolla həll edilməsi hər hansı ölkə üçün çıxış yolu olmamalıdır", - deyə Xuey bildirib.
Ağalar Qəribov
Ordu.az