Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistanın Loru vilayətində zəncirvari avtomobil qəzası baş verib. Saat 20:00 radələrində Vanadzor (Böyük Qarakilsə-red.) şəhərinin Vardanants küçəsinin 122 saylı binasının qarşısında İrəvan şəhərinin Davitaşen 4-cü məhəlləsinin sakini, 35 yaşlı Vahe Vardanyanın idarə etdiyi 10 HH 11 nömrəli "Toyota Camry", Vanadzor şəhərinin Kamo küçəsinin sakini, 27 yaşlı Tiqran Dallakyanın idarə etdiyi 95 82 AD tranzit nömrəli "Toyota Camry" və hələ də şəxsiyyəti aydınlaşmayan sürücü tərəfindən idarə edilən, 18 CC 018 nömrəli "Mercedes" markalı avtomobillər toqquşub.
Məlumata görə, qəza nəticəsində, saatlar sonra 31 yaşlı Karen Bejanyan Vanadzorda yerləşən Ermənistan Müdafiə nazirliyinə məxsus hərbi hospitala köçürülüb. Bejanyanın Loru vilayətinin Şaumyan kəndindən olduğu bildirilsə də, onun rütbəsi və ya xidmət etdiyi istiqamət açıqlanmayıb.
Qeyd edək ki, sürücülərdən V. Vardanyan Daşnaksütun partiyasından deputat Ağvan Vardanyanın oğludur.
Ordu.az