Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumlar nəticəsində Suriya ordusu Beyit Cinn ərazisinin geniş bir hissəsini ələ keçirib və terrorçuları geri çəkilməyə məcbur edib.
Bundan başqa Həma vilayətində İŞİD terrorçularının hücumuna məruz qalan Suriya ordu dəstələri saatlarla davam edən döyüşlərdən sonra terrorçuları ağır itkilərə məruz qoyaraq geri oturdublar.
Məlumatda əlavə edilib ki, Suriya ordusu Xüms və Hələb vilayətində baş verən döyüşlər nəticəsində də öz mövqelərini möhkəmləndirib.
Ağalar Ağalarlı
Ordu.az