“Rusiya ordusu hipersəs raketləri ilə təmin olunacaq” - Bondaryev

2017/12/25630627_2436943953198425_897099363_n3454_1514050707.jpg
Oxunub: 370     01:36     24 Dekabr 2017    
“Dövlət proqramı çərçivəsində Rusiya hərbçiləri 2027-ci ilədək hipersəs raketləri və yüksək dəqiqlikli silahlar əldə edəcəklər”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondaryev bəyan edib.

“Silahlanmaya yeni hipersəs raketləri daxil olacaq. Hipersəs silahları prespektivi nüvə sahəsindən qeyri-nüvə sahəsinə daşımağa imkan verəcək”, - deyə Bondaryev bildirib.

O həmçinin qeyd edib ki, dövlət proqramının daha bir prioriteti müharibənin xarakterini prinsipial olaraq dəyişməyə qadir yüksək dəqiqlikli silahlardır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hipersəs-raketlər   Rusiya  


Bizi "telegram"da izləyin