General-mayor Natiq Əliyev iranlı rəsmilərlə danışıqlar aparıb

2017/12/0456456456_1514025813.jpg
Oxunub: 1133     18:41     23 Dekabr 2017    
Azərbaycan tibbi-hərbi nümayəndə heyəti Baqiyatallah Tibbi Elmlər Universitetinə və Cəmaran Ürək Xəstəxanasına baş çəkərək İran rəsmiləri ilə danışıqlar aparıb.

Ordu.az “Mehrnews”a istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Baqiyatallah Tibbi Elmlər Universitetinin müxtəlif bölmələrində, Baqiyatallah hospitalında və Cəmaran Ürək Xəstəxanasında olub. Nümayəndə heyəti, buranın tibbi və müalicəvi proseslərini yaxından izləyiblər.

İran Silahlı Qüvvələr İctimai sağlamlıq departamentinin rəhbəri general Həsən Araqizadə azərbaycanlı nümayəndə heyətini qarşılayaraq təhsil, tədqiqat, xəstələrin və ekspertlərin mübadiləsi sahəsində ikitərəfli əməkdaşlığın zərurətindən danışıb.

O, İranın Azərbaycanla tibbi əməkdaşlıq və hərbi tibbin müxtəlif aspektlərində təcrübə mübadiləsi üzrə Anlaşma Mübadiləsi imzalamağa hazır olduğunu elan edib.

Öz növbəsində Natiq Əliyev İranın hərbi tibb sahəsində önəmli nailiyyətlər əldə etdiyini və geridə qalan müharibələrdən ciddi təcrübə qazandığını vurğulayıb. O bildirib ki, hər iki tərəf hərbi tibb sahəsində qarşılıqlı əlaqələr üçün mümkün olan ən yüksək səviyyəli əməkdaşlığı təşviq etmək niyyətindədir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TBİ   Azərbaycan-İran  


Bizi "telegram"da izləyin