Tramp administrasiyası Ukraynaya daha güclü silahlar satmalıdır – WSJ

2017/12/905326345345_1514017818.jpg
Oxunub: 481     18:05     23 Dekabr 2017    
Çərşənbə günü Ağ Ev Ukraynaya M107A1 snayper tüfəngləri və 41,5 milyon dollarlıq avadanlıqların satılması barədə qərarı təsdiq edib və bundan sonra Ukraynaya daha güclü silahlar satılmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Ukrayna münaqişəsi barədə məqaləsində qeyd edib.

Məlumatda qeyd olunur ki, Donald Tramp administrasiyası bu ruhda davam edərək Ukraynanı daha güclü silahlar – tank əleyhinə vasitələr və zenit raketləri ilə təchiz etməlidir. Çünki yalnız bu cür addımlar sayəsində Rusiyanın Donbas münasişəsindəki hərbi üstünlüyünü neytrallaşdırmaq olar.

“Putin Rusiya təsirinin gücləndirilməsi üçün yollar axtarır, ardınca isə zərbə endirir. Cavabı qiymətləndirir və zərbələr endirməyə davam edir. Barak Obamaya qarşı Kreml heç bir məsuliyyət daşımadan fəaliyyət göstərə bilirdi. Ukraynada Putinə veriləcək güclü cavab həmləsi ona Trampın bütün ritorikasından daha çox zərbə vura bilər”, - deyə məqalədə bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Ukrayna  


Bizi "telegram"da izləyin