Türkiyə Silahlı Qüvvələri İraqda əməliyyata başlayıb

2017/12/2423423423_1514016748.jpg
Oxunub: 389     16:10     23 Dekabr 2017    
Türkiyə Silahlı Qüvvələri PKK ilə mübarizə çərçivəsində İraq ərazisində yerüstü əməliyyata başlayıb.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə hərbi mənbələri məlumat yayıb.

Bildirilir ki, İraqın şimalında keçirilən yerüstü əməliiyat rəsmi Bağdadla razılaşdırılmış şəkildə həyata keçirilir.

Əməliyyat Avşin, Baysan və Kərkük vilayətlərinin ərazisini əhatə edir.

Qeyd edək ki, əməliyyatın digər təfərrüatları hələ açıqlanmayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İraq   SQ  


Bizi "telegram"da izləyin