"SQ" sözünə uyğun 4624 nəticə tapıldı!

Ermənistanın sabiq Müdafiə naziri hansı adları verəcək?

2019/06/7cbff-1560343699.jpg
Oxunub: 307     15:14     17 Sentyabr 2019    
““1 Mart” hadisəsi demək olar ki, son üç onillikdə Ermənistan hakimiyyətindəki əsas şəxslərin hamısını, o cümlədən üç prezidenti də əhatə edəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni siyasi şərhçi Aram Amatuni bildirib.

Robert Köçəryan və “1 Mart” cinayət işi üzrə dörd vəzifəli şəxsin işində təqsirləndirilən şəxslərdən biri kimi adı keçən keçmiş müdafiə naziri Seyran Ohanyanın məhkəmə dövründə keçmiş hökumət haqqında qalmaqallı açıqlamalar adlar çəkməyə, o cümlədən ona və həyat yoldaşı Ruzanna Xaçatryana qarşı təbliğat kompaniyasına başlayan şəxsləri açıqlamağa hazırlaşdığına dair mətbuatda məlumat yayılıb.

Amatuninin sözlərinə görə, mətbuatın yaydığı həmin məlumatda bəhs olunan “1 Mart” hadisəsi, demək olar ki, son üç onillikdə Ermənistan hakimiyyətindəki əsas şəxslərin hamısını, o cümlədən üç prezidenti də əhatə edəcək.

“Onun əsas aktorlarının təxminən üç onilliklər ərzində bir-birinə xatırladacaq çox şeyə sahib olması şübhəsiz həqiqətdir. Üstəlik, məhkəmə bu mənada xüsusi və bəlkə də misilsizdir. İstər yaxşı, istərsə pis, istərsə də riskləri ehtiva etdiyi və ya ictimaiyyətin həqiqəti üzə çıxarması üçün bir fürsət olması başqa bir məsələdir”, - deyə o qeyd edib.

O bildirib ki, bununla əlaqəli, vəzifəli şəxslərin heç olmasa “1 Mart” cinayət işinin dərhal araşdırılmasından kənar adlar və açıqlamalar verə bilməsi, ancaq ictimaiyyətə əvvəlki Ermənistan hökumətinin mahiyyətini və məntiqini, bu dövrdəki əsas, faciəli məqamların xüsusiyyətini, qondarma səbəbini dərk etməsinə kömək edə biləcəyi, şübhəsizdir.

“Ohanyana gəldikdə, xüsusən də ona və həyat yoldaşına qarşı kampaniya, bu baxımdan həyat yoldaşı Ruzanna Xaçatryan hələ 2017-ci ilin oktyabrında müəyyən bir vəzifəli şəxsin kifayət qədər konkret təsvir edilməsi ilə açıqlamalar verib. Hətta polis bu açıqlama əsasında fotorobot da tərtib edə bilərdi. Təsvirlərdən başqa, Ohanyanın həyat yoldaşı başqa heç bir şey etmədi, baxmayaraq ki, onun təsvirləri ilə tanış olan vətəndaşların xeyli hissəsi Ermənistan Müdafiə naziri vəzifəsində Ohanyanı əvəz edən, Ohanyanın dövründə prezident Serj Sarkisyanın aparat rəhbəri olan Vigen Sarkisyandan söhbət getdiyini qəbul edirdilər”, - deyə ekspert qeyd edib.

Mətbuatın yazdığı kimi Seyran Ohanyan, Vigen Sarkisyanın və ya başqa birinin konkret adını verəcəkmi?

Qeyd edilir ki, məhkəmə prosesi ötən gün başlayıb.

Məhkəmə başlayanda Seyran Ohanyan jurnalistlərin suallarına cavab verməyib, vacib olan məsələnin Robert Köçəryanın azad edilməsidir, qalanları isə “məhkəmə zamanı” müəyyən olunacaq, deyə bildirib. Ohanyanın ad çəkməsi Robert Köçəryanın həbs edilməsi məsələsindən asılıdırmı?

Yeri gəlmişkən, məhkəmə bu barədə qərarını sentyabrın 17-də elan edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   1-Mart