Ordu.az Russian.rt saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Suriya tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib.
O qeyd edib ki, artıq Astana prosesinin əsas iştirakçıları – Rusiya, Türkiyə və İran Konqresdə iştirak edəcək iştirakçıların siyahısını müəyyənləşdiriblər.
Bununla belə, o qeyd edib ki, PYD Türkiyə üçün qırmızı xətt hesab olunur.
“Türklər PYD-ni PKK-nın tərkib hissəsi hesab etməklə onun terror təşkilatı hesab edirlər”, - deyə Lavrentyev bildirib.
Lavrentyev əlavə edib ki, onlar Türkiyə tərəfinin düşüncəsini nəzər alacaqlar və hazırda türklərlə Konqresdə Suriya kürdlərini təmsil edəcək neytral nümayəndələrin soyadlarının müəyyənləşdirilməsi üzərində işlər gedir.
Ordu.az