İrəvanda aclıq aksiyası keçirən tələbə xəstəxanaya aparıldı

2017/12/davit-petrosyan-usanox2-634x445324234_1514012874.png
Oxunub: 472     15:01     23 Dekabr 2017    
Davit Petrosyan aclıq aksiyasını dayandırıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Elmin inkişafı naminə” təşəbbüs qrupunun üzvü Davit Petrosyan 5 gün davam edən aclıq aksiyasını dayandırıb.

“Biz əsas çatdırmaq istədiyimiz sözümüzü çatdırmışıq”, - deyə Petrosyan bildirib. Səhhətinin yaxşı olduğunu deməsinə baxmayaraq, onu tibb işçiləri təcili yardım maşını ilə tibbi müayinəyə aparıblar.

Xatırladaq ki, Davit Petrosyan Ermənistanda “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanun layihəsində nəzərdə tutulan möhlət hüququnun məhdudlaşdırılmasına etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Aclıq-aksiyası   Hərbi-xidmət  


Bizi "telegram"da izləyin