Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, hökumət rəhbəri Kiprdən qayıdırdı və onun götərtəsində olduğu təyyarə Böyük Britaniyanın hava ərazisində daxil olanda iki qırıcı havaya qalxaraq təyyarəni əhatəyə alıb.
Bildirilir ki, “Tayfun” qırıcısı Meyin göyərtəsində olduğu təyyarəyə yaxınlaşaraq qırıcısının qanadlarını yelləyib, bu isə onların arxasında gəlməsinin tələb edilməsi deməkdir.
Britaniya KİV-lərinin məlumatına görə, bu addım Britaniya pilotlarının Birləşmiş Krallığın hava sərhəddinə daxil olan təyyarələr, o cümlədən Rusiya bombardmançılarının tutulması sahəsində praktiki təcrübə təlimləri çəvçivəsində atılıb.
Tereza Mey özü isə “Twitter” hesabında yerləşdirdiyi məlumatda qırıcı ekipajlarının işini “möhtəşəm” adlandırıb.
Ordu.az