Ordu.az Life.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski bəyan edib.
“İl ərzində KXDR-ə münasibətdə üçüncü dəfə sanksiyaların sərtləşdirilməsi Pxenyan üçün siqnal olmaldır. Onlar nəhayət ki, provokasiya xarakterli raket sınaqlarını dayandırmalı olduqlarını anlamalıdırlar”, - deyə Slutskiy bildirib.
O qeyd edib ki, Rusiya da BMT Təhlükəsizlik Şurasının qətnamələrini dəstəkləyib və hazırda KXDR-in nüvə statusunu tanımır.
Ağalar Qəribov
Ordu.az