Soçi konqresində Suriyada konstitusiya islahatları üzrə komitə yaradılacaq

2017/12/14539468928e429f2da74154ccea470c_XL345345_1514009597.jpg
Oxunub: 441     14:11     23 Dekabr 2017    
“Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresində bu ölkədə konsitusiya islahatlarının keçirilməsi üzrə komitə yaradılması planlaşdırılır”.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Suriya tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bəyan edib.

“Bu forumda müxtəlif məsələlər, o cümlədən konstitusiya islahatları, həmçinin BMT egidası altında beynəlxalq müşahidəçilərin cəlb edilməsi ilə ədalətli seçkilərin keçirilməsi məsələləri müzakirə olunacaq”, - deyə Lavrentyev bildirib.

Onun sözlərinə görə, Suriyada konstitusiya islahatlarına dair komitə və ya komissiya – necə adlanmasından asılı olmayaraq bir qurumun yaradılmasına artıq başlamaq lazımdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soçi   SMDK  


Bizi "telegram"da izləyin