Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan perlementinin sabiq sədr müavini, Erməni Ümummilli Hərəkat Partiyasının keçmiş üzvü Karapet Rubinyan "Təsisçi parlament" müxalifət hərəkatının ofisində təşkil edilmiş müzakirələr zamanı, Rusiya Federasiyasının sərhədçiləri tərəfindən Megridəki yolun bir hissəsini təmir etməyi qadağan etdikləri faktı şərh edərkən deyib.
O, Ermənistanda Rusiya sərhəd qoşunlarının statusu haqqında razılaşmanın imzalanmasından 25 il keçdiyini qeyd edib.
"Ermənistanın çoxdan sərhəd qoşunları var, ancaq bizim ölkədə digər dövlətin sərhədçiləri mövcuddur. Rus sərhədçiləri Ermənistandan başqa bütün keçmiş sovet ölkələrindən çıxarılıb. Onlar nə dərəcədə Ermənistanın suverenliyinə hörmət edirlər? Nümunə olaraq deyim ki, onlar Gümrü şəhərində Avetisyanların ailəsini öldürən Peryakovu tapdılar və müqavilə şərtlərini pozaraq, onu Ermənistan hakimiyyətinə yox, Ermənistandakı rus hərbi bazasının rəhbərliyinə təhvil verdilər.
Qısa desək, hamımızın üzünə tüpürdülər. Rus sərhədçilərinin vasitəsilə iran sərhədçiləri ilə danışıqlar aparmaq qəbuledilməzdir. Belə çıxır ki, biz ölkəni xarici ölkələrin xüsusi xidmət orqanları üçün "проходной двор" etmişik", - deyə Rubinyan bildirib.
Rubinyanın daha da irəli gedərək rus sərhədçilərinin erməni sərhədçilərlə əvəvz edilməsinin mümkün olduğunu deyib: "Rus sərhədçilərini də biz birgə maliyyələşdiririksə, bəs bugünədək sərhəddin Megridən keçən hissəsinə nəzarət edilməsinə nə mane olur? Rus sərhədçilərinin tədricən erməni sərhədçilərlə əvəz edilməsinə görə sərhəddin Meğri hissəsində heç bir maneə yoxdur".
Alpər Mövludoğlu
Ordu.az