Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistandakı rus hərbi bazasının komandanlığının rəhbərliyi altında MİQ-29 qırıcı təyyarələrinin praktiki təlimləri keçirilib.
Praktiki təlimlər çərçivəsində, şəxsi heyət hava hücumundan müdafiə qoşunları ilə birgə əməliyyatlar icra ediblər. Şərti düşmən təyyarələrinin qarşısının alınması üzrə şərti hava döyüşləri aparılıb.
Təlim uçuşları çərçivəsində, pilotlar 30-dək planlı uçuş həyata keçirib. Bu təlimlərə 50-dək aviasiya və quru qoşunlarına aid hərbi texnika, 150-dək hərbi qulluqçu cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az