Ordu.az BPMD portalına istinadən xəbər verir ki, bu mərkəz Serbiyanın Bataynitsa şəhərində yerləşən “Moma Stanoyloviç” aviatəmir zavodunun bazasında yaradılacaq.
Hazırda aviatəmir zavodunun mühəndisləri rusiyalı mütəxəssislərlə birgə Makedoniyaya məxsus iki ədəd Mi-171Ş helikopterlərinin təmiri ilə məşğuldurlar.
Bu helikopterlər 2009-cü ildə Xorvatiyadan alınıb, lakin buna baxmayara onun təmir hüququ Rusiyaya məxsusdur.
Qeyd edək ki, Makedoniya rəhbərliyi açıq şəkildə NATO-ya daxil olmaq istiqamətində fəaliyyət göstərəcəyindən və hazırda bu məqsədə nail olmaq üçün lazım gələn hər şeyi etməyə hazır olduğundan bəhs edib.
Ordu.az