Astana danışıqlarının növbəti mərhələsi fevralda baş tutacaq

2017/12/astana_7794565_1513950722.jpg
Oxunub: 391     21:50     22 Dekabr 2017    
“Suriya üzrə Astana danışıqlarının növbəti mərhələsi 2018-ci il fevralın ikinci yarısında keçiriləcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Kayrat Abdurrahmanov Suriya üzrə Astanada keçirilən 8-ci beynəlxalq danışıqların plenar iclasında bəyan edib.

“Suriya üzrə beynəlxalq danışıqların keçirilməsinin 2018-ci il fevralın ikinci yarısında keçirilmə qərarı qəbul edilib”, - deyə Abdurrahmanov Rusiya, Türkiyə və İran tərəfləri ilə birgə bəyanatında bildirib.

Bəyanatda zəmanətçi ölkələr 4 may 2017-ci ildə qəbul edilən memorandumla nəzərdə tutulan müddəalar və Astana prosesi çərçivəsində digər daha öncə qəbul olunan hüquqi aktların realizə edilməsi niyyətlərini təsdiq ediblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   Astana  


Bizi "telegram"da izləyin