“Rusiya öz Silahlı Qüvvələrinin mobilliyini əhəmiyyətli dərəcədə artırmalıdır ki, onların lazım olan ərazilərdə operativ şəkildə yerləşdirə bilsin”.
Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya prezidenti Vladimir Putin bəyan edib.
“Biz Silahlı Qüvvələrin mobilliyini əhəmiyyətli dərəcədə artırmalıyıq. Bu logistikanın təşkili, qoşunların yerləşdirilməsi və təchizatı, onların bizim dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan ərzilərdə operativ şəkildə fəaliyyət göstərməsinə aiddir”, - deyə Putin bildirib.
Ağalar Qəribov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Putin
Rusiya-ordusu