Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun müddətli xidmət hərbi qulluqçusu kurs yoldaşı olan qızdan çılpaq şəkillərini tələb etməsi və daha sonra həmin şəkilləri yaymamaq üçün pul ələ keçirməkdə ittiham edilir.
Məlumata görə, ittiham edilən şəxs Ermənistan ordusunun N nömrəli hərbi hissəsinin idarəetmə batareyasının rabitə taqımının idaretmə manqasının sürücü-elektriki olan K.M adlı əsgərdir.
Kəvər şəhər dövlət universitetinin tələbəsi olaraq möhlət hüququ alan K.M 2016-cı ildə “Bkontakt”, 2017-ci ildə isə “İnstaqram” sosial şəbəkəsi vasitəsilə kurs yoldaşı azyaşlı qızla əlaqə qurub. Bu barədə qızın valideynlərinə deyəcəyi ilə təhdid edərək, onun çılpaq şəkillərini əldə etməyə nail olub. Daha sonra bu çılpaq şəkillərinin yayılmaması üçün ona hədə qorxu gələrək, ondan pul tələb edib. Nəticədə 75 min erməni dramı ələ keçirib.
K.M barəsində cinayət işi qaldırılmaqla, hərbi hissə komandanlığının nəzarətinə verilib. Cinayət işinə Çəmbərək rayon məhkəməsində baxılacaq.
Alpər Mövludoğlu
Ordu.az