Ordu.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun erməni xidmətinə Açıq Cəmiyyət-Ermənistan fondunun ofis rəhbəri Larisa Minasyan bildirib.
O, qeyd edib ki, onlar uzun müddət İrəvan dövlət universiteti ilə əməkdaşlıq ediblər. Universitet müxtəlif layihələr - inkişaf, təhsil və s. üçün fonddan pul alıb. Bundan əlavə, bu proqramın köməyi ilə İDU-nin alimləri müxtəlif elmi konfranslara gedirdilər.
Son vaxtlar universitetin rektoru Aram Simonyan tələbələrin hərbi xidmətlə bağlı möhlət hüququnun aradan qaldırılmasına görə aclıq aksiyası keçirən tələbələrə balı ittiham səsləndirmişdi. "Son vaxtlar onlardan biri - David Petrosyan Soros Fondunun köməyi ilə Polşaya gedib, ehtimal ki, oradan təlimat alıb", - deyə Simonyan baş verən tələbə hərəkatına fərqli, siyasi don geyindirməyə çalışmışdı.
Alpər Mövludoğlu
Ordu.az