Erməni vəkil "Çıraqovlar" barədə: Ermənistan AİHM-də Azərbaycana məğlubiyyətini gizlədir

2017/12/840_1513871463.jpg
Oxunub: 490     23:45     21 Dekabr 2017    

"Erməni hökuməti Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli "Çıraqov və digərləri Ermənistana qarşı" məhkəmə qərarını hələ də erməni dilinə tərcümə etməyib".

Ordu.az xəbər verir ki, bu barədə vəkil Vahe Qriqoryan öz "Facebook" sosial şəbəkəsi səhifəsində yazıb.

"Tərcümənin olmamasının yalnız bir məqsədinin olduğundan şübhə etmirəm - bu vəziyyəti daxili auditoriyadan gizlətmək.

2014-cü ildən etibarən Ədliyyə Nazirliyinin saytında Avropa Məhkəməsində fəaliyyət göstərən Ermənistan təmsilçiliyinin materialları yayımlanır. Digər funksiyalarla yanaşı, bu səlahiyyətli nümayəndə erməni dilinə tərcüməni təmin etməli və AİHM-nin Ermənistan Respublikası ilə bağlı qərarlarını dərc etməlidir.

Altı iddiaçılar Laçın rayonunda yaşayırdı. Onlar 17 may 1992-ci ildə əcdadlarının yüz illər yaşamış olduğu evlərini tərk etmək məcburiyyətində qaldıqlarına, bu günədək öz mülklərinə qayıtmaq imkanından məhrum olduqlarına görə, beynəlxalq məhkəməyə müraciət ediblər. AİHM Ermənistanın daim əmlakın qorunmasına iddiaçının hüququnu pozduğuna, ayrı-seçkiliyə məruz qoyduğuna dair qərar verib. Məhkəmə kompensasiya məsələsini açıq qoyaraq erməni tərəfini müzakiryə dəvət etmişdi.

Avropa Məhkəməsi iş üzrə yeni bir sənəd yayımlayıb. Bu sənədə görə, Ermənistan nümayəndəsi AİHM katibliyində görüş keçirib və müzakirələr aparıb. İndi "fəaliyyət proqramı" hazırlanmalıdır.

Beynəlxalq məhkəmənin bu qərarı 30 aydır ki, oxuculara ingilis və fransız dillərində məlumdur.

Erməni oxucular hələ də Ermənistan-Azərbaycan münaqişəsinin ən həssas və texniki cəhətdən mürəkkəb bir aspekti barədə Avropa Məhkəməsinin hökmünün kəskin və tam yekun qərarından xəbərdar deyil. Məsələ ondadır ki, daxili auditoriya üçün ixtira edilmiş təbliğat alqoritmlərinin nəticələrinə zərbə vurmamaq üçün başa düşənlərdən heç kim bu tərcümə işinə barmağını vura bilməz", - deyə yaranmış məğlub vəziyyətdən vəkil Vahe Qriqoryan narazılığını ifadə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çıraqovlar   Avropa-məhkəməsi   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin