ABŞ-ın yeni sistemi istənilən helikopteri PUA-ya çevirir

2017/12/aacus_smkhbdicaj_1513441740.jpg
Oxunub: 1910     17:08     26 İyul 2019    
ABŞ-ın dəniz piyadaları üçün yaratdığı yeni sistem istənilən helikopteri pilotsuz uçuş aparatına çevirməyə qadirdir.

2012-ci ildə ABŞ Hərbi Dəniz Tədqiqatları idarəsi Hərbi Hava Qüvvələrinin helikopterləri üçün muxtar uçuşu təmin edəcək sistemin yaradılması üzrə beşillik proqrama başladı.

Hazırda “Boeing” korporasiyasına daxil olan “Aurora Flight Sciences” şirkəti PUA-ların yaradılması üzrə liderlərdən birinə çevrilərək yeni sistemin nümayişini keçirir.

Mütəxəssislər dəniz piyadalarının UH-H1 helikopterini AACUS (Autonomus Aerial Cargo Utility System) sistemi ilə təchiz edərək onun PUA-ya çevrilməsini təmin ediblər.

Qeyd edək ki, cari proqramın yaradılması barədə fikirlər dəniz piyadalarının Əfqanıstan və İraqda üzləşdiyi çətinliklərlə üzləşməsindən sonra yarandı. Riski minimuma endirmək üçün “Aerora Flight Sciences” şirkətini mütəxəssislərinə helikopteri PUA kimi istifadə etməyə imkan verən sistemin yaradılması tapşırıldı.

Helikopterlərin PUA qismində istifadəsinə imkan yaradan AACUS sisteminə lidar və videokamera, GPS sistemi quraşdırılıb.

Hazırda sınaqları keçirilən sistemin nəticələri uğurlu olarsa, artıq onların növbəti ildən etibarən orduda istifadə ediləcəyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   PUA  

ABŞ-ın yeni sistemi istənilən helikopteri PUA-ya çevirir

2017/12/aacus_smkhbdicaj_1513441740.jpg
Oxunub: 1911     17:08     26 İyul 2019    