Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Melkon.lv saytı məlumat yayıb.
Xorvatiya Silahlı Qüvvələrinin heyəti Litvada yerləşən Almaniya hərbi batalyonunun rəhbərlik etdiyi NATO qüvvələrinə qoşulublar.
“Biz Litvada formalaşdırılan NATO qüvvələri batalyonunun əməyini çox yüksək qiymətləndiririk. O, alyansın həmrəylik və birliyini nümayiş etdirir və biz Xorvatiyanın Baltikyanı regionda yerləşən NATO kollektiv qüvvələrinə qoşulmaq qərarını alqışlayırıq”, - deyə Litva müdafiə naziri Raymundas Karoblis bildirib.
Qeyd edək ki, ilk Xortaviya kontingenti 180 hərbi qulluqçudan ibarət olacaq.
Ağalar Qəribov
Ordu.az