Ordu.az son 24 saat ərzində Suriyada baş verən ən önəmli hadisələrin qısa icmalını təqdim edir.
Suriya ordusu və müttəfiq qüvvələr: Xüms vilayətində terrorçuların müdafiə mövqelərini hücuma tutublar.
İŞİD: Fərat çayının şərq sahilləri istiqamətində Əbu-Kamalı atəşə tutub, Həma vilayətində 10-dan çox yaşayış məntəqəsini “Ən-Nüsra Cəbhəsi”nin əlindən alıb.
Beynəlxalq koalisiya: Hərbi mənbələrin sözlərinə görə, Suriyanın cənubunda Ət-Tənaf vilayətinin ərazisini bütünlükdə tərk edib.
“Ən-Nüsra Cəbhəsi”: İdlibdə 15 əsiri azad etməyə razı olub, Həma vilayətində mövqelərini itirməyə davam edir.
Hələb vilayəti: “Twitter” social şəbəkəsində @intelhub_data adlı
istifadəçinin verdiyi məlumata görə, İdlib vilayətinin şimal-şərqində yerləşən əl-Fua və Fefraya qəsəbələsinin 15 sakini “Həyat Təhrir əş-Şam” terrorçuları tərəfindən əsir götürülüb. Lakin Qımızı Xaş əməkdaşları əsirlərin azad edilməsinə nail olub. Lakin bu qəsəbələrdə davamlı olaraq yaşayış evləri atəşə tutulur. Nəticədə yüzlərlə insan öldürülüb. İdlibin digər hissələri isə müxalifət qüvvələrinin nəzarətindədir.
Xüms vilayəti: Vilayətin şimal-qərbində yerləşən Ət-Tayiba əl-Qərbiyə yaşayış mətbəqəsinin hüdudlarında yerləşən İŞİD qruplaşması Suriya ordusunun tank atəşlərinə məruz qalıb. Lakin məhv edilən terrorçular barədə məlumat dəqiqləşdirilməyib. Vilayətin şimal ərazisində deeskalyasiya zonalarından biri qərarlaşıb.
Ötən həftə ərzində bir qrup qanunsuz birləşmələr Suriya qüvvələrini atəşə tutublar, bu səbəbdən hökumət qüvvələri yeni hücuma başlayıb.
“Twitter” social şəbəkəsində @ejmalrai adlı istifadəçinin verdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələri kontingenti Ət-Tanf vilayətini bütünlükdə tərk ediblər. Onun sözlərinə görə, regionda yalnız Vaşinqton tərəfindən maliyyələşdirilən “Şəhid Əhməd Abdo” və “Ceyş Usud əş-Şərqiyə” qruplaşmaları qalıb.
Deyr əz-Zor vilayəti: İŞİD terrorçuları Əbu-Kamalın şərq hissəsinə atəş açıblar. “Twitter” social şəbəkəsində @markito0171 adlı hərbi mənbə məlumat verib ki, Fəratın şərq sahillərində İŞİD və PYD arasında silahlı qarşıdurma baş tutub. Qarşıdurmanın qurbanları barədə məlumat dəqiqləşdirilməkdədir.
Həma vilayəti: Regionun şimal-şərqində “Ən-Nüsra Cəbhəsi” ilə İŞİD terror qruplaşmaları arasında şiddətli qarşıdurmalar ara vermir. İŞİD terrorçuları bölgədə hücumları davam etdirirlər, “Ən-Nüsra Cəbhəsi” isə hələ ki, heç nə ilə cavab verə bilmir.
“South Front” portalının məlumatına görə, İŞİD vilayətdə “Ən-Nüsra Cəbhəsi”nin nəzarətində olan 11 yaşayış məntəqəsində üstünlüyü ələ keçirib. Hazırda Həma vilayətində 30-a yaxın yaşayış məntəqəsi İŞİD nəzarətindədir.
Ağalar Qəribov
Ordu.az