Tramp: “Rusiyanın Suriya məsələsində iştirakı Obamanın günahıdır”

2017/12/345345345_1512804381.jpg
Oxunub: 447     15:22     09 Dekabr 2017    
“Rusiya və İranın Suriyanın işlərində iştirak etməsinin günahkarı Barak Obamadır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

“Biz bütün dünya üzrə problemlər vəsiyyət aldıq, Amerika zəiflik nünmayiş etdirir və “qızmızı xətlər”i keçmirdi. Əgər biz “qırmızı xət”ləri keçsəydik, Rusiya və İran Suriyaya daxil olmazdılar, ancaq o (Barak Obama – red.) dedi: “Belə etmək lazım deyil, “qırmızı xətlər”i heç vaxt pozmayın”. Onlar xətti pozdular, o isə heç nə etmədi. Budur, Rusiya daxil oldu (Suriyaya – red.), İran da daxil oldu”, - deyə Tramp bildirib.

Tramp söhbətin hansı “qırmızı xətlər”dən getdiyini dəqiqləşdirməyib.

ABŞ prezidenti həmçinin öz siyasətinin sələfindən fərqləndiyini bildirib.

“Suriya hökumətinin kimyəvi silahdan istifadə etməsinə cavab olaraq biz aprelin 7-də Suriyaya 59 “möhtəşəm raket” zərbəsi endirdik”, - deyə Tramp qeyd edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin