Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.
Dövlət katibinin sözlərinə görə, o, BMT Təhlükəsizlik Şurası daimi üzvü olan ölkələrin daxil olduğu Livan Beynəlxalq Dəstək Qrupunun iclasında iştirak edib.
“Bu görüşün vacibliyi Saad Haririnin Livanda baş nazir vəzifəsində qalmaq istəyini, Livanda daha davamlı koalisiyanın meydana gəlməsi üçün hökumətlə işləməyə davam edəcəyini və “Hizbullah”ın Yəmənin daxili işlərinə qarışmasının qarşısını alacağını bəyan edib”, - deyə Tillerson bildirib.
Ordu.az