Pentaqon: Pakistan terrorzimdən ən çox əziyyət çəkən ölkədir

2017/12/IMG-20171208-WA0006_1512751365.jpg
Oxunub: 433     00:43     09 Dekabr 2017    
“Pakistan terrorzimdən ən çox əziyyət çəkən ölkədir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətinin rəhbəri Den Vayt bildirib.

“Müdafiə Naziri Cim Mettis çox səmərəli görüşlər keçirib. Belə görünür ki, biz Pakistanla ortaq zəmin tapa bilərik. Cənab Mettisin də dediyi kimi heç bir ölkə Pakistan qədər terrorizmdən əziyyət çəkməyib. Bu özü də əlaqələrimizi genişləndirməyimizi və yeni fürsətlər axtarmağımızı önəmli edir”, - deyə o əlavə edib.

Jurnalistlərin “ortaq zəmin deyəndə dəqiq olaraq nəyi nəzərdə tutursunuz” sualına “terrorizm” cavabını verib.

“Yenə də terrorizm. Daha doğrusu terrorizm təhdidi. Hər kəs terrorizmin məğlub edilməsində maraqlıdır. Pakistan terrorizmlə mübarizədə minlərlə əsgər və günahsız insanları qurban verib. Buna görə də Əfqanıstanda siyasi uzlaşmanı təşviq etmək Pakistan, ABŞ və ümumilikdə, regionun maraqlarına uyğundur”, - deyə, Vayt bildirib

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   Əfqanıstan   ABŞ  


Bizi "telegram"da izləyin