İŞİD Əfqanıstanda yüzlərlə azyaşlılara təlimlər keçir

2017/12/IMG-20171208-WA0002_1512748164.jpg
Oxunub: 519     23:53     08 Dekabr 2017    
Sakinlər Əfqanıstanın şimalındakı İŞİD kamplarında uşaqlara təlimlərin keçirilməsindən narahatlıq duyurlar.

Ordu.az “KazTag.kz” saytına istinadən xəbər verir ki, Əfqanıstanın şimalındakı Cövzcan vilayətində yerləşən kamplarda ən azı 300 uşağa təlim keçən İŞİD radikalizm yayır. O, Cövzcanın cənubundakı Dərzab rayonunda yeni “döyüşçülər” hazırlayır. Çətin yaşayış şəraitindən dolayı bir çox kasıb ailə öz uşaqlarını bu kamplara göndərir. İŞİD isə onları ekstremist ruhda yetişdirir.

İnsan haqları üzrə Əfqan Azad Komissiyası bu barədə məlumat əldə etdikdən sonra, yerli hakimiyyət dairələrini kasıb ailələrin uşaqlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İŞİD   Əfqanıstan  


Bizi "telegram"da izləyin