Ordu.az xəbər verir ki, bu barədə bu gün Kişinyovda Moldovanın Baş Naziri Pavel Filip ilə birgə mətbuat konfransında çıxış edən Roza Qetemüller danışıb.
Mülki şəxslərin çalışacağı ofis NATO və Moldova arasında tərəfdaşlığa və dialoqa dəstək verəcək.
“Tərəflər arasındakı tərəfdaşlıq Moldova xalqının daha yaxşı rifah şəraiti əldə etməsinə fokuslanıb. Bir neçə il öncə Moldova hökumətinin istəyinə uyğun olaraq NATO Moldovadakı minalanmış ərazilərin təmizlənməsini həyata keçirib, tibbi texnologiya, kiber hücumlara qarşı müdafiənin gücləndirilməsi, korrupsiya ilə mübarizə sahələrində öz dəstəyini verib. NATO Moldovanın neytrallığına, müstəqilliyinə və suverenliyinə tamamilə hörmət edir. Lakin neytrallıq bizim tərəfdaş ola bilməyəcəyimiz mənasına gəlmir.”, - deyə xanım Qetemüller bildirib.
Ordu.az