Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyaa Elmlər Akademiyasının baş elmi işçisi, Polşa üzrə ekspert Vadim Volobuyev bəyan edib.
“Kovnatski daha öncə ABŞ-ın “Patriot” PAC-3+ hava və raket hücumundan müdafiə sistemi üçün Varşavadan tələb etdiyi məbləği “yolverilməz” adlandırıb. Kovnatski ABŞ-ın 37 milyard zlot (10,5 milyard dollar və ya 17,8 milyard manat) tələb etdiyini, lakin Polşanın 30 milyard zlotdan (7,5 milyard dollar və ya 12,7 milyard manat) çox ödəməyəcəyini bildirib”, - deyə Volobuyev qeyd edib.
Ekspertin sözlərinə görə, Polşa Rusiyanın istənilən anda hücum edə biləcəyindən qəti şəkildə əmindir, buna görə də onlara Amerika istehsalı olan “Patriot”lar lazımdır.
“Əgər amerikalılar inad etsə, poşalılar 10 milyard belə ödəyər. Maraqlıdır ki, məbləğ barədə danışmağa əvvəlcə Polşa Müdafiə Nazirliyi başladı, bu isə Maliyyə Nazirliyi üçün bir ismarıcdır”, - deyə Volobuyev vurğulayıb.
Ağalar Qəribov
Ordu.az