Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Tomas Şennon bəyan edib.
“Əvvəlki kimi Rusiyanın müqaviləni pozması məsələsi ilə bağlı diplomatik tənzimlənmə ilə vəziyyəti düzəltməyə çalışırıq. ABŞ həmçinin Rusiyanın orta və yaxın mənzilli raketlərin məhv edilməsinə dair müqaviləni yerinə yetirməzsə və bununla da Rusiya tərəfindən gerçəkləşən pozuntulara görə müqavilə qüvvədən düşərsə, orta məzilli raketlərin yaradılması proqramı üzərində çalışır və bu, bizə və müttəfiqlərimizə Rusiyanın müqaviləni pozmaq yolu ilə nail olmaq istədiyi hərbi yola keçmək üçün əsas verəcək”, - deyə Şennon qeyd edib.
Bununla belə, Şennon bildirib ki, ABŞ müqaviləni pozan heç bir addım atmayacaq.
“Əgər Rusiya orta və yaxın mənzilli raketlərin məhv edilməsi üzrə müqaviləyə qayıdaraq öz öhdəliklərini yenidən yerinə yetirərsə, biz də müqavilə ilə qadağan edilən silahların istehsalı düşüncəsindən imtina edəcəyik”, - deyə Şennon vurğulayıb.
Ağalar Qəribov
Ordu.az