“Polşada “Aegis Ashore”ləri yerləşdirmək cəhdi razılaşmanın pozulmasıdır” - Ryabkov

2017/12/345345345_1512712236.jpg
Oxunub: 505     13:47     08 Dekabr 2017    
“ABŞ-ın 2018-ci ildə Polşada “Aegis Ashore” universal komplekslərini yerləşdirmək istəyi orta və yaxın mənzilli raketlərin məhvi barədə müqavilənin ciddi surətdə pozulmasıdır”.

Ordu.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edib.

“Təbii ki, “Aegis Ashor” universal komplekslərinin artıq Rumınyada mövcud olması və növbəti il Polşada yerləşdiriləcəyi, bizim fikrimizcə, müqavilənin ciddi surətdə pozulmasıdır. Biz bu barədə amerikalılara demişik və deyəcəyik”, - deyə Ryabkov qeyd edib.

Qeyd edək ki, orta və yaxın mənzilli raketlərin məhvi barədə müqavilə 1987-ci ildə Vaşinqtonda imzalanıb və müddətsiz xarakter daşıyır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aegis-Ashor    


Bizi "telegram"da izləyin