Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan ordusunun mətbuat xidmətindən bildirilib.
Hindistanın Çin hava fəzasını pozması ilə bağlı Çinin irəli sürdüyü iddialardan bir neçə saat sonra açıqlama verən Hindistan ordusunun mətbuat xidməti bildirib ki, adi təlim uçuşu edən hind PUA-sı bəzi texniki nasazlıqlar səbəbindən yerdəki idarəetmə mərkəzi ilə əlaqəni itirdikdən sonra Səkkəm ərazisindəki demarkasiya xəttini keçib.
“Protokola uyğun olaraq Hindistan sərhəd təhlükəsizlik qoşunları dərhal Çinli həmkarlarına məsələ ilə bağlı məlumat veriblər. Hadisənin dəqiq səbəbi hələlik araşdırılır”, - deyə bəyanatda bildirilir.
Ordu.az