“Admiral Kuznetsov” təmirə göndərilib

2017/12/23423423_1512131599.jpg
Oxunub: 489     20:32     01 Dekabr 2017    
“Ağır təyyarə daşıyıcısı “Admiral Kuznetsov” kreyseri təmirə göndərilib”.

Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Şimal Donanmasının komandanı Nikolay Yevmenov bildirib.

“O artıq təmirə göndərilib, prosesin başlanması üçün hazırlıq işləri görülür”, deyə Yevmenov qeyd edib.

O həmçinin əlavə edib ki, işlər plana uyğun şəkildə davam edir və təhvilin nəzərdə tutulan vaxtda bitəcəyi gözlənilir.

Xatırladaq ki, cari ilin iyun ayında Rusiya Hərbi Dəniz Donanmasının baş komandanın müavini Viktor Bursuk “Admiran Kuznetsov”un təmirinə 2018-ci ildə başlanacağını bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Admiral-Kuznetsov    


Bizi "telegram"da izləyin